Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Təhsil – uşaqların əsas hüququdur

30.10.2025

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə Təhsil Sektorunun təşəbbüsü ilə “Muzeylər aylığı” layihəsi çərçivəsində “Uşaq Hüquqları aylığı” ərəfəsində “Təhsil – uşaqların əsas hüququdur” adlı tədbir keçirilib.

Maarifləndirici tədbirdə Dəfinə məktəb-liseyinin şagird və müəllim kollektivi iştirak edib.

Tədbir zamanı uşaqlara təhsilin əhəmiyyəti və onların fundamental hüquqları barədə məlumatlar verilib, mövzu ətrafında maarifləndirici söhbətlər aparılıb.

Tədbirdən sonra şagirdlər muzey və qalereyada ekskursiyada iştirak edərək bölgənin tarixi və mədəni irsini əks etdirən eksponatlarla tanış olublar.