30.10.2025
“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və "Uşaq hüquqları aylığı" çərçivəsində Lerik Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Amid Heydərov adına 2 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları üçün maarifləndirici cizgi filmi nümayiş olunub.
Tədbir zamanı uşaqlara hüquqları barədə sadə və əyləncəli şəkildə məlumat verilib, onlara gündəlik həyatda bu hüquqların əhəmiyyəti izah olunub.
Sonda uşaqlar təəssüratlarını bölüşərək fikirlərini ifadə ediblər.