Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə “Uşaq hüquqları – gələcəyimizin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib

30.10.2025

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və "Uşaq hüquqları aylığı" çərçivəsində Lerik Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Amid Heydərov adına 2 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları üçün maarifləndirici cizgi filmi nümayiş olunub.

Tədbir zamanı uşaqlara hüquqları barədə sadə və əyləncəli şəkildə məlumat verilib, onlara gündəlik həyatda bu hüquqların əhəmiyyəti izah olunub.

Sonda uşaqlar təəssüratlarını bölüşərək fikirlərini ifadə ediblər.