Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Mirzə Qədim İrəvaninin 200 illiyi ilə əlaqədar məktəblilərə mühazirə oxunub

30.10.2025

Oktyabrın 30-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə məktəblilərə Mirzə Qədim İrəvaninin 200 illiyi ilə əlaqədar mühazirə oxunub. Mühazirədə rəssamın yaradıcılığından geniş bəhs edilib.

Sonra şagirdlərə mərkəzin ekspozisiya zalında Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumat verilib.

Sonda Mirzə Qədim İrəvaninin yaradıcılğından bəhs edən film nümayiş olunub.