Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hüquqlarımızı bilək!

31.10.2025

Lerik rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Valeh İbrahimov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyanın şagirdləri üçün “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və "Uşaq hüquqları aylığı" çərçivəsində "Hüquqlarımızı bilək!" adlı maarifləndirici tədbir keçirilib.

Kitabxananın əməkdaşı Səyyarə Sadıxova şagirdlərə insan hüquqları haqqında, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının vacibliyindən bəhs edib.