02.05.2019
Musiqi sənətinin görkəmli nümayəndəsi Hacıbaba Hüseynəli oğlu Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 02.05.2019-cu il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində “ Muğam sənətinin ustadı” mövzusunda tədbir keçirildi. İlk öncə Mərkəzin əməkdaşı Sevanə Mənsimova çıxışında bildirdiki, təsirli və məlahətli səsə malik Hacıbaba Hüseynov mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı , çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur.Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində də uzun illər səmərəli fəaliyyət göstərmiş və məşhur xanəndələrin bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf etmişdir. Tədbirin sonunda Hacıbaba Hüseynovun ifasında səslənən təsniflər və xalq mahnıları dinlənildi.