16.10.2025
Oktyabrın 16-da Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Tütünsüz həyat” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə rayonun gəncləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Seminarın əsas məqsədi tütün məhsullarının insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər barədə məlumatlandırma aparmaq, gənclər arasında sağlam həyat tərzinin təbliğinə töhfə vermək idi.
Tədbirdə çıxış edənlər :
- Tütünün fiziki və psixoloji təsirləri,
- Passiv siqaret çəkmənin fəsadları,
- Tütünə qarşı mübarizə yolları və qanunvericilik aspektləri barədə geniş məlumat veriblər.
Seminar interaktiv formatda təşkil olunaraq iştirakçılarla sual-cavab sessiyası keçirilib.Gənclər öz fikirlərini bölüşüb, sağlam həyat tərzi ilə bağlı təşəbbüslər müzakirə olunub.
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tədbirin sonunda vurğulayıb ki, bu kimi maarifləndirici tədbirlər gənclərin sağlam gələcəyi naminə davamlı şəkildə davam etdiriləcəkdir.