Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşanın muğam incisi ”

01.05.2019

Seyid Şuşinskinin 130  illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 01.05.2019-cu il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində “Şuşanın muğam incisi ” mövzusunda tədbir keçirildi.Tədbirdə Şəhər 3 saylı məktəbin 9-cu sinif şagirdləri iştirak edirdilər. İlk öncə Mərkəzin direktoru Dilbər İbayeva  Seyid Şuşinskinin həyat və yaradıcılığı haqqında çıxış edərək bildirdiki , geniş diapazonlu nadir, ecazkar səs və yüksək səhnə mədəniyyətinə malik muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirmişdir. Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Tədbirin sonunda Mərkəzin kinozalında Seyid Şuşinskinin ifasında səslənən Çahargah muğamı dinlənildi.