Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib

01.05.2019

Mayın 1-də Masallı rayon Tarix-Diyarşünaslıq muzeyi və Yeni Azərbaycan partiyasının Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Tarix-Diyarşünaslıq muzeyində “Müasir Azərbaycanın qurucusu və dövlətimizin memarı” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Masallı rayon təşkilatının nümayəndələri, mədəniyyət işçiləri, ziyalılar və kollec tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə açıq elan edən muzeyin direktoru Əntiqə Tağıyeva, bildirdi ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın müasir dövlətçilik tarixində silinməz izlər qoymuş nəhəng siyasi xadim, böyük şəxsiyyətlərdən biridir. Onun rəhbərliyi altında ölkəmizdə ictimai həyatın bütün sahələri sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Heydər Əliyevin iqtisadi və sosial tədbirləri nəticəsində ölkədə rifah səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, insanlar daha yaxşı yaşamağa başlamışlar. O, həmçinin qeyd etdi ki, Heydər Əliyev İqtisadi-sosial tədbirlərlə yanaşı, elm, təhsil və mədəniyyət sahələrinin inkişafına da diqqət və qayğı ilə yanaşmışdır: “Məhz, onun təşəbbüsü və səyi ilə çoxlu azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu universitetlərində təhsil almağa göndərildi. Həmin gənclərdən biri də mən olmuşam. Buna görə də, mən hər zaman Heydər Əliyevə minnətdaram”.

Sonra çıxış edən Masallı Dövlət Regional Kollecinin tarix müəllimi Nazim Əliyev, Heydər Əliyevin ölkəyə rəhbərliyinin həm sovet, həm də müstəqillik dönəmindəki fəaliyyətindən geniş şəkildə bəhs etdi. N. Əliyev vurğuladı ki, ümummilli liderin siyasi bilik və bacarığı, müdrik və uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik, iqtisadi-sosial inkişafa nail olunmuşdur. Heydər Əliyev dövlət idarəetmə bacarığı sayəsində müstəqillik dönəmində ölkəni ağır hərbi, siyasi və iqtisadi şəraitdən çıxarmış, inkişafın möhkəm ideoloji-siyasi və hüquqi baza və prinsiplərini yaratmışdır. Siyasi idarəçilik fəlsəfəsi baxımından milli, eləcə də ümumbəşəri dəyərlər və ənənələrə söykənən ümummilli lider, Azərbaycançılıq ideyasını milli məfkurəyə çevirmiş, bununla da, ölkənin birliyi və bütövlüyünün möhkəm dayaqlarını yaratmışdır.

Muzeyin elmi işçisi Həbib Ağayev isə, bildirdi ki, Heydər Əliyev ölkəyə ikinci rəhbərliyi ərəfəsində ölkədə dərin siyasi və iqtisadi vəziyyət hökm sürürdü. Məhz, onun ölkə rəhbərliyinə ikinci qayıdışı, gördüyü tədbirlər ölkəni düşdüyü çətin vəziyyətdən çıxarmışdır. Tədbirin sonunda şıxış edən YAP Masallı rayon təşkilatının baş məsləhətçisi Cəlal Əliyev: “Heydər Əliyev 1969-cü ildə ölkəyə rəhbərlik etməyə başlayandan sonra ölkə sürətli inkişaf xəttinə qədəm qoymuş, tezliklə İttifaq Respublikaları içərisində öz layiqli yerini tutmuşdur”. – deyə vurğuladı. C. Əliyev onu da qeyd etdi ki, Heydər Əliyev hələ sovet dönəmində Naxçıxanda Ali Sovetin sədri olarkən,hazırki üçrəngli Dövlət bayrağımızıNaxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib. Bununla yanaşı, ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılmışdır. Bu, o zaman üçün – Sovet İttifaqının mövcudluğu dövründə böyük və olduqca cəsarətli addım idi.