22.09.2025
Sentyabrın 22-də Masallı rayon Mərkəzi Kitabxananın təşkilatçılığı ilə “27 Sentyabr –Anım Günü” ilə əlaqədar kitab sərgisi təşkil olunub.
Sərgi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini yad etmək, onların qəhrəmanlığını gənc nəslə tanıtmaq məqsədi daşıyıb.
Sərgidə 44 günlük Vətən müharibəsinə həsr olunmuş sənədli və bədii əsərlər, şəhidlərimiz və qazilərimiz haqqında yazılmış kitablar, rəsmi nəşrlər, foto-albomlar, qəhrəmanlıq mövzusunda olan müxtəlif janrlı ədəbiyyat nümunələri nümayiş etdirilib.
Sərgi müddətində kitabxananın oxucuları və rayon sakinləri sərgidə təqdim olunan ədəbiyyatla yaxından tanış olaraq maraq dairələrinə uyğun kitablara abunə yazılıblar.