Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə tədbir keçirilib

17.09.2025

Sentyabrın 17-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Tədbirdə əvvəlcə mərkəzin foyesində təşkil olunmuş Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəsi müavini Dadaş Muxtarlı Milli Musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı istiqamətindəki əvəzsiz rolundan, ölkədə Milli Musiqi Günü keçirilməsi ənənələrindən, mədəniyyətimizin dünyaya tanıdılması, həmçinin təbliği ilə əlaqədar ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətindən danışıb.

Tədbirin bədii hissəsində Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında xalq və bəstəkar mahnılarından ibarət rəngarəng konsert proqramı təqdim edilib.