18.09.2025
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşəbbüsü ilə "18 Sentyabr-Milli Musiqi Günü ilə əlaqədar Oxu zalında "Milli Musiqimiz dünya inciləri sırasındadır" mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara rayon Mədəniyyət sahəsində uzun illər xidmət göstərmiş,hal-hazırda təqaüddə olan musiqi müəllimləri Şadoğlan Bayramov, Bəxtiyar Abiyev,Şamil Bayramov və Astara şəhər 1 və 2 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri MKS-nin direktoru-əvəzi Emil Baxşıyev açaraq bildirib ki,Azərbaycan Milli Musiqi Günü hər il sentyabrın 18-də qeyd edilir.Bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi,Şərqdə ilk operanın yaradıcısı,dahi bəstəkar,görkəmli dövlət xadimi Üzeyir Hacıbəyovun doğum gününə həsr edilib.Xalqımız bu Günü Milli Musiqi Günü kimi qeyd edir.Çünkü Milli Musiqimiz,mədəniyyətimiz öz inkşaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.
Sonra Uşaq şöbəsinin əməkdaşı Aysel Əhmədova mövzu ilə bağlı ətraflı məruzə edib.
Milli Musiqimiz haqqında ziyalıların çıxışları dinlənildimdən sonra isə fəal oxucuların tarda ifaları təqdim olunub.
Yekunda mövzu ilə bağlı videoçarx nümayiş edilib.