18.09.2025
Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas, alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi və Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Masallı şəhər Onbirillik İncəsənət Məktəbində konsert keçirilib.
Konsertin əvvəlində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.Dahi bəstəkarın zəngin irsindən, Azərbaycan musiqi tarixində oynadığı roldan, dünya musiqisinə gətirdiyi yeniliklərdən söz açılıb.
Daha sonra məktəbin müəllim və şagirdlərinin ifasında Ü.Hacıbəyli yaradıcılığından əsərlər təqdim olunub.