18.09.2025
Sentyabrın 18-də Masallı rayon MKS-nin Şəhər Multimedia kitabxanasında Milli Musiqi Günü münasibətilə “Musiqi dünyasına səyahət” adlı tədbir keçirilib.
Tədbirdə Masallı Dövlət Regional Kollecin tələbələri iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışını edən kitabxananın müdiri Əsmər Əliyeva çıxışında milli musiqimizin keçdiyi zəngin tarixi yola və bu irsin xalqımızın mədəniyyətindəki önəmli yerinə toxunub.
Sonra kitabxananın əməkdaşı Fəridə Mehdiyeva isə milli musiqimizin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə onun zəngin yaradıcılıq irsindən, dünya musiqi mədəniyyətinə bəxş etdiyi misilsiz əsərlərdən danışıb.
Tədbirin sonunda tələbələr kitabxanada təşkil olunmuş "Milli Musiqi" sərgisi ilə tanış olublar.