18.09.2025
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstutusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə sentyabrın 18-də Astara rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək bildirib ki, düz iki il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova geniş məruzə ilə çıxış edib.
Sonra “20 Sentyabr - Dövlət Suverenliyi Günü” mövzusunda film nümayiş olunub.
Daha sonra mövzu ətrafında Astara şəhər Ş.Qasımov adına 4 nömrəli ümumtəhsil məktəbinin tarix müəllimi Abdulla Mənsimli çıxış edib.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.