Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dahi Sənətkar - Üzeyir Hacıbəyli

18.09.2025

Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara şəhər “Günərzi Qayğı Mərkəzinin birgə təşkilatçılığı ilə "Uşaqlara dair strategiyaların həyata keçirilməsi üzrə 2020-2025 ci illər üçün Fəaliyyət Planı"nın icrası istiqamətində "Uşaqların asudə vaxtının səmərəli təşkili" məqsədi ilə Sentyabrın 18-də Astara rayon Heydər Əliyev Mərkəzində 18 sentyabr Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Astara şəhər “Günərzi Qayğı Mərkəzinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış edərək bildirib ki,18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix Şərqdə ilk operanın müəllifi, Azərbaycan peşəkar musiqi sənətinin banisi, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədardır. Üzeyir Hacıbəyli Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq 1995-ci il 18 sentyabr tarixində Ümummilli Lider Heydər Əliyev tərəfindən sərəncam imzalandı. Ümummilli Lider Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərdiyi qayğının davamı kimi Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəyovun yubileyi UNESCO səviyyəsində qeyd edilib.

Daha sonra “ Bu gün Milli Musiqi Günüdür ” adlı qısa sənədli film nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.