Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Suverenliyimiz – Müstəqilliyimizin Təməli

19.09.2025

Sentyabrın 19-da Mərkəzi Kitabxanasında Dövlət Suverenliyi Günü ilə əlqaqədar olaraq “Suverenliyimiz – Müstəqilliyimizin təməli” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, hər bir xalqın və dövlətin tarixində onun müstəqilliyini, azadlığını və suverenliyini əks etdirən önəmli günlər vardır. Azərbaycan tarixində belə mühüm günlərdən biri də 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür. Bu gün, ölkəmizin suveren dövlət kimi mövcudluğunu, xalqın öz taleyinə sahib çıxmaq əzmini və dövlət müstəqilliyinin bərqərar olunmasında atılmış əhəmiyyətli addımı təcəssüm etdirir.

Sonra kitabxananın digər əməkdaşı Gülər Piriyeva məruzəsində 1991-ci ilin 20 sentyabrında Azərbaycan Respublikasının Ali Sovetinin "Azərbaycan Respublikasının Dövlət Suverenliyi haqqında" Konstitusiya Aktını qəbul etdiyini, bu sənədin Azərbaycan dövlətçiliyinin bərpası yolunda atılan həlledici addımlardan biri olduğunu diqqətə çatdırıb.Məruzədə müstəqil Azərbaycan Respublikasının suveren bir dövlət olaraq beynəlxalq aləmdə layiqli yerini tutduğu və bir çox nailiyyətlər əldə etdiyi vurğulanıb. Nəzərə çatdırılıb ki, 2020-ci il noyabrın 8-də torpaqlarımızı düşmən tapdağından azad edərək suverenliyimizi bir daha bütün dünyaya sübut etməyimiz bunun bariz nümunəsi oldu.