19.09.2025
Sentyabrın 19-da Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı rayon Tarix-diyarşünaslıq Muzeyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə 20 sentyabr – Dövlət Suverenliyi Günü və Xocalı, Xocavənd, Xankəndi,Ağdərə şəhərləri günü münasibətilə Azərbaycanın Dövlət Suverenliyi: Tarixi sınaqlar və milli iradənin təntənəsi mövzusunda konfrans təşkil olunub.
Konfrans Dövlət müstəqilliyinin möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərin tarixi yaddaşının yaşadılması məqsədilə keçirilib.
Konfransda ziyalılar, müəllimlər və gənclər iştirak edib.
Konfrans Azərbaycan Respublikasının dövlət suverenliyinin tarixi əhəmiyyəti, Qarabağ bölgəsinin azad edilmiş şəhərlərinin strateji və mədəni rolu, eləcə də bu torpaqlarda aparılan bərpa və quruculuq işləri mövzusunda çıxışlarla yadda qalmışdır.
Tədbir çərçivəsində Xocalı, Xocavənd, Xankəndi və Ağdərə şəhərlərinin tarixi və bu gün həmin ərazilərdə aparılan yenidənqurma işləri barədə geniş məlumatlar təqdim olunmuş, iştirakçılar arasında vətənpərvərlik ruhunu gücləndirən müzakirələr aparılıb.
Konfransın sonunda Heydər Əliyev Mərkəzinin foyesində tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.