19.09.2025
Sentyabrın 19-da Masallı rayonunda fəaliyyət göstərən “İlk Addım” uşaq bağçası–körpələr evinin balaca fidanları Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya edib.
Ekskursiyanın məqsədi uşaqlarda erkən yaşlardan vətənpərvərlik ruhunu formalaşdırmaq, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini tanıtmaq, eləcə də onların mədəni irsimizlə tanışlığını təmin etmək olmuşdur.
Ekskursiya zamanı uşaqlar Mərkəzdəki ekspozisiya-sərgi zalını gəzmiş, Heydər Əliyevin həyat yolunu əks etdirən foto və eksponatlarla tanış olmuşlar.Mərkəz əməkdaşları tərəfindən uşaqlara sadə və maraqlı formada məlumatlar verilmiş, onların sualları cavablandırılmışdır.
Keçirilən ekskursiya uşaqların dünyagörüşünün genişlənməsinə, milli-mənəvi dəyərlərə bağlılığın formalaşmasına və mədəniyyət ocaqları ilə tanışlıqlarına mühüm töhfə vermişdir.