Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitablar dünyasının fədakar ziyalısı

18.09.2025

Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə uzun illər mədəniyyət sahəsində müxtəlif vəzifələrdə çalışmış, ziyalı kitabxanaçı Məmmədov İlyas Əlibala oğluna evdə kitab xidməti göstərilib.

Xidmət zamanı kitabxana əməkdaşları Yaqut Nəzərova və Aygün İmaməliyeva ziyalı oxucumuzun öz arzusu və marağına uyğun ədəbiyyatlar təqdim ediblər.

Qeyd edək ki,Məmmədov İlyas Əlibala oğlu 3 Avqust 1953-cü ildə Astara rayon Kakalos kəndində anadan olub.Orta məktəbin bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Unversiteti ) Kitabxanaçılıq fakültəsini bitirib.

Astara rayon Mərkəzi kitabxanasında müxtəlif vəzifələrdə çalışaraq peşəkar kitabxana işçisi kimi tanınmışdır.Buna görədə o sonrakı mərhələlərdə MKS-nin direktor müavini və direktoru vəzifəsinə layiq görülmüşdür.Astara rayon MKS-nin ziyalı kitabxanaçısı kimi təqaüddə olan Məmmədov İlyas Əlibala oğluna işlədiyi illər ərzində məsuliyyətli və şərəfli yol keçmişdir.