Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan dəyirmi masa keçirilib

18.09.2025

Lerik rayon Mədəniyyət Mərkəzində Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edənlər, Lənkəran-Astara-regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev, rayon İncəsənət məktəbinin direktoru Bilal Quliyev və digərləri Üzeyir Hacıbəylinin adı ilə bağlı olan əlamətdar günün əhəmiyyətindən, dahi bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmətlərdən danışıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam milli mədəniyyətə olan yüksək dəyərin ifadəsidir. Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində tükənməz irs qoyub, yaradıcılığı isə bu gün də öz aktuallığını qoruyub saxlayır.