25.08.2025
Avqustun 26-da Cəlilabad rayon Mərkəzi Kitabxanasında şəhid Mirlətif Ağayev adına Təbib tibb kursu tələbələrinin iştirakı ilə 26 avqust Laçın şəhəri günü ilə əlaqədar "Laçın MDB-nin Mədəniyyət Paytaxtı" adlı tədbir keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra MKS-nin əməkdaşları Nadir Şəmili və Rəna Təhməzova tədbir iştirakçılarına mövzu ilə əlaqədar geniş və ətraflı məlumat veriblər.
Yekunda tədbir iştirakçıları da mövzu ilə bağlı öz fikirlərini ifadə ediblər.