25.08.2025
Avqustun 25-də Yardımlı rayon Mərkəzi Kitabxanasında 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü ilə əlaqədar “Muğam- mədəni sərvətimizdir”mövzusunda dəyirmi masa keçirilib.
MKS-in direktor əvəzi Mehman Xanızadə tədbiri açaraq qeyd edib ki, muğam Azərbaycan xalqının milli sərvətidir. UNESCO-nun qərarı ilə muğamın dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.
Sonra MKS-in şöbə müdiri Vasif Abdulov iştirakçıları sərgi ilə tanış edərək qeyd edib ki, bu gün Azərbaycan muğam sənətinin nüfuzlu simaları dünya miqyasında Azərbaycan muğam sənətini təbliğ edərək bu sənəti nadir əsər tək tamaşaçılara çatdırırlar. Demək olar ki, bu gün Azərbaycan muğamı dünyanı fəth edib. Bu sənətin qocaman, yaşlı, gənc sənətkarları hər zaman öyrənir, öz üzərlərində çalışır və Azərbaycan muğamını çoxsaylı tamaşaçılara təqdim edirlər. Belə bir sənət növü ilə hər bir azərbaycanlı qürurlanmaqda haqlıdır.
Yekunda MKS- in əməkdaşları Rizvan Adişov, Gündüz Manafov Mehriban xanım Əliyevanın Azərbaycan muğamının inkişafı və dünyada tanıdılmasında müstəsna xidmətləri haqqında danışıblar.