25.08.2025
Avqustun 25-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyasının və Masallı Mərkəzi Kitabxana Sisteminin birgə əməkdaşlığı ilə görkəmli Xalq şairi Bəxtiyar Vahabzadənin 100 ilk yubileyinə həsr olunmuş tədbir keçirilib.
Muzeydə keçirilən “Şair və zaman :Fikrin savaşı” adlı tədbirdə mədəniyyət işçiləri və gənclər iştirak edib.
İlk öncə şairin və vətənin azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd olunub ki, Bəxtiyar Vahabzadə xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr sənətkarın diqqət mərkəzində olub.
Sonra Kitabxananın əməkdaşı Rasif Dadaşov azadlıq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş məruzə edib.