22.08.2025
Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin təşəbbüsü, ADA Universiteti və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün 5 günlük yay düşərgəsi təşkil olunub. Düşərgə çərçivəsində uşaqlar peşə təlimləri ilə tanış olub, ətraf mühitin və ekologiyanın qorunması mövzusunda maarifləndirilib, vətənpərvərlik ruhunda müxtəlif peşəyönümlü təlimlərdə iştirak ediblər.
Bununla yanaşı, düşərgədə uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar, əyləncəli proqramlar və viktorinalar keçirilib, onların istirahət etməsi və xoş zaman keçirməsi üçün hər cür şərait yaradılıb.
Sonda uşaqlara hədiyyələr təqdim olunub, tədbir iştirakçılar üçün yaddaqalan olub.