21.08.2025
Avqustun 21-də Masallı Dövlət Rəsm Qalereyası, Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Mərkəzi Kitabxana Sisteminin birgə əməkdaşlığı ilə “Təsvirin atası -İrəvani” adlı tədbir keçirilib.
Rəssam, nəqqaş, realist portretçi Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı keçirilən tədbirdə mədəniyyət işçiləri iştirak edib.
Qalereyanın direktor əvəzi Təhmasib Məcidov rəssamın həyat və yaradıcılığı haqqında geniş məlumat verərək qeyd edib ki, XIX əsr Azərbaycan rəssamlığının və təsviri sənətinin görkəmli nümayəndəsi, peşəkar fırça ustası, həm də ilk realist Azərbaycan rəssamlarından sayılan, rəngkarlıq sənətində milli üslubu qorumaqla yanaşı, yaradıcılığında qərblə şərqi birləşdirən təsviri sənət texnikalarının istifadə etmişdir.
Sonda tədbir iştirakçıları sənətkarın yaradıcılığının ən məşhur əsərlərinin foto sərgisi ilə də tanış olublar.