22.08.2025
Avqustun 22-də Cəlilabad rayon Privolnoye kənd kitabxana filialında "İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir keçirilib.
Kitabxanaçı Şəfəq Məmmədova çıxışında bildirib ki, Bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən aparılan mübarizələrdən biri də insan alverinə qarşı mübarizədir. İnsan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilir. Cinayətkarlar bu məqsədlə külli miqdarda vəsait əldə edirlər.
Sonra oxucularla mövzu ətrafında söhbət davam edib.