13.08.2025
Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Rəsm dərnəyində kiçik rəssamlar üçün ”Əyləncəli texnikalarla yaradıcılıq”adlı masterclass təşkil olunub.
Uşaqlar tərəfindən böyük maraqla qarşılanan tədbirin əsas məqsədi onların mənəvi aləmlərinin zənginləşməsi və asudə vaxtlarının səmərəli keçirilməsidir.
Qeyd edək ki,Heydər Əliyev Mərkəzində keçirilən bu kimi tədbirlər Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəlaiyyət Planı”nın icrasını təmin etmək məqsədi ilə “Uşaqların asudə vaxtının səmərəli təşkili” layihəsi çərçivəsində təşkil olunur.