12.08.2025
Avqustun 12-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lerik rayon Mədəniyyət Mərkəzində “12 Avqust –Beynəlxalq Gənclər Günü” münasibətilə “Müasir gənclik: çağırışlar və imkanlar” adlı dəyirmi masa keçirilib.
Tədbirdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin real nəticələri, gənclərin həyat və fəaliyyətinə əhəmiyyətli dəyişiklikləri gənclərin diqqətinə çatdırılıb.
Gənclərin müasir dövrün tələblərinə uyğun yeni çağırış və hədəflərə doğru bilik və bacarıqlara yiyələnməyinin xüsusi əhəmiyyət daşıdığını qeyd edən natiqlər cəmiyyətdə gənclərin aparıcı qüvvə olduğunu bildiriblər.
Tədbir qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib, gənclərin sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.