Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mənim hüquqlarım,məni qoruyur

14.08.2025

Astara rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində "Mənim hüquqlarım,məni qoruyur" mövzusunda tədbir keçirilib.

Tədbirdə Uşaq şöbəsinin fəal oxucuları iştirak ediblər.

Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova oxuculara məlumat verərək bildirib ki,hər bir cəmiyyət istəyir ki,onun uşaqları böyüyərək məsuliyyətli və layiqli vətəndaş kimi yetişsin,cəmiyyətin inkişafında öz əvəzsiz rolunu oynaya bilsin.Hüquq və ehtiyacları ödənilməyən uşaqlar layiqli,məsuliyyətli vətəndaş olub,digərlərinin hüquqlarına hörmət etməyəcəklər.

Dünya uşaqları individual və qlobal gələcək uğrunda öz hüquqlarını bilməli,eyni zamanda hüquqlarından məhrum olmuş digər uşaqların əvəzinə aktiv fəaliyyət göstərməyə qadir olmalıdır.Uşaq hüquqları Konvensiyanın öyrənilməsi bunun bir yoludur.Bu məsələ ölkə rəhbərinin daimi diqqətində olan məsələlərdən biridir.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.