Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səhnənin gülən üzü – Afaq Bəşirqızı

14.08.2025

Avqustun 14-də Masallı rayon Mərkəzi Kitabxanasında Xalq artisti, aktirisa Afaq Bəşirqızının anadan olmasının 70 illiyi ilə əlaqədar “Səhnənin gülən üzü – Afaq Bəşirqızı” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova aktrisanın sənətə gəlişindən, teatr və televiziya sahəsindəki zəngin fəaliyyətindən bəhs edib. O, Afaq Bəşirqızının Azərbaycan mədəniyyətində özünəməxsus yeri olduğunu vurğulayaraq, onun yaratdığı unudulmaz obrazlardan söz açıb.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində Afaq Bəşirqızının Azərbaycan komediya teatrının inkişafında xidmətlərindən danışıb. Rasif Dadaşov vurğulayıb ki, Afaq Bəşirqızı təkcə aktyorluqla kifayətlənməyərək, həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, gənc aktyorların yetişməsində mühüm rol oynamışdır.