15.08.2025
Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların bədii və estetik zövqünün formalaşdırılması, yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm studiyasının şagirdləri üçün açıq havada rəsm dərsi keçirilib.
Təbiət mənzərələri fonunda baş tutan dərs zamanı gənc istedadlar müxtəlif mövzularda rəsmlər çəkərək, öz fərdi üslublarını nümayiş etdiriblər.