Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib

01.08.2025

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Ana dilimiz – kimliyimiz və qürurumuz” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin baş fond mühafizi Aygün Əkbərova çıxışında ana dilimizin xalqımızın varlığı və milli kimliyimizin başlıca rəmzi olduğunu qeyd edib. O, ana dilinin qorunmasının, zənginləşdirilməsinin və gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın müqəddəs borcu olduğunu vurğulayıb.

Sonra tədbir iştirakçıları Mərkəzin elektron kitabxanasına baxış keçiriblər. Onlar burada müxtəlif mövzuları əhatə edən nəşrlərlə yaxından tanış olaraq, dilimizin inkişafına dair zəngin ədəbiyyatla məlumatlanıblar.