Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sağlam həyat – bizim seçimimizdir

23.07.2025

İyulun 23-də Masallı rayon MKS-nin Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qodman kənd kitabxana filialının təşkilatçılığı ilə parkda əyləşən bir qrup gənclə “Sağlam həyat – bizim seçimimizdir” adlı, narkomaniya və narkobiznesə qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən filial müdiri Sevanə Mənsimova məruzə edərək, gənclər arasında narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsinin vacibliyindən danışıb. O, gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb, zərərli vərdişlərin yayılma səbəblərinə, ailədəki sosial-psixoloji amillərin yeniyetmələrin davranışlarına təsirinə geniş toxunub.