Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində Nəsiminin 650 illiyi qeyd olundu

25.04.2019

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi

 münasibəti ilə və Azərbaycan Respublikası Prezidentinin 2019-cu ili “Nəsimi ili” elan    edilməsi ilə əlaqədar 25 aprel 2019-cu il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində “Nəsimi -650 ” mövzusunda  tədbir keçirilmişdir. Tədbirdə Şəhər 2 , Şəhər 3  saylı məktəbin müəllim və şagird kollektivləri iştirak etdilər. Tədbirdə  Şəhər 2 saylı məktəbin ədəbiyyat müəllimi Firəngiz Niftiyeva Böyük Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir.Sonda 2 saylı məktəbin şagirdlərinin

 ifasında şairin qəzəlləri səsləndirildi.