Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Tovuz döyüşlərinin ildönümü qeyd olunub

11.07.2025

Lənkəran Mərkəzi Kitabxanasında Tovuz döyüşlərinin ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan Lənkəran Mərkəzi Kitabxanasının direktor vəzifəsini icra edən Arzuyə Rufullayeva tədbirin məqsədindən danışaraq, şəhidlərin qəhrəmanlıqlarının və fədakarlıqlarının xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb. O, bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirib.

Sonra Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov və sədr müavini Saleh Dostiyev çıxışlarında Tovuz döyüşlərinin müdafiə və suverenlik baxımından əhəmiyyətini, şəhidlərin və qazilərin göstərdiyi misilsiz şücaəti təqdir edib, vətən qarşısında borcun unudulmaması gərəkdiyini qeyd ediblər.

Anım mərasimi zamanı Tovuz döyüşləri şəhidləri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.