11.07.2025
İyulun 11-də Masallı rayon Mərkəzi Kitabxanasında "Tovuz döyüşləri xalqımızın qəhrəmanlıq səhifəsidir" mövzusunda tədbir keçirilib.
Tədbir başlamazdan öncə vətənimizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova. Tovuz döyüşlərinin tarixi əhəmiyyətindən danışaraq bildirib ki, bu hadisələr Azərbaycan Ordusunun gücünü və xalqımızın vətən sevgisini bir daha sübut etdi. O, qeyd edib ki, qəhrəman şəhidlərimizin bu döyüşlərdə göstərdiyi şücaət gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsidir.
Sonra kitabxananın digər əməkdaşı Gülər Piriyeva məruzə ilə çıxış edib. O, məruzəsində Tovuz döyüşlərinin Azərbaycanın hərbi və siyasi tarixində mühüm rol oynadığını vurğulayaraq bildirib ki, bu döyüşlər zamanı Azərbaycan əsgərləri böyük rəşadət və vətənpərvərlik nümunəsi göstəriblər. Gülər Piriyeva çıxışında qeyd edib ki, Tovuz döyüşləri yalnız cəbhə bölgəsində baş vermiş hərbi toqquşma deyil, eyni zamanda xalqımızın birliyinin, ordumuza dəstəyinin və milli həmrəyliyimizin təzahürü idi.