Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müasir Azərbaycan poeziyasının parlaq siması

19.06.2025

İyunun 19-da Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin 101 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Astara rayon təşkilatının, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı Astara rayon təşkilatının əməkdaşları, M.Ə.Sabir adına şəhər 1, Ş.Qasımov adına şəhər 4 saylı və A.İbrahimov adına Şüvi kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, Xalq şairi Nəbi Xəzri dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Daha sonra “Nəbi Xəzrinin əsərləri” mövzusunda film nümayiş olunub.