18.04.2019
Aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi yerlər günü kimi qeyd olunur .Bu əlamətdar gün Tarixi yerlər və Abidələrin Mühafizə Şurasının (İCOMOS) təklifi üzrə UNESKO tərəfindən 1983-cü ildə təsis olunub.Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Masallı rayon Heydər Əliyev Mərkəzində 18 aprel Beynəlxalq Abidələr və Tarixi yerlər günü ilə əlaqədar “Açıq qapı” günü təşkil edilib. Ekskursiya gələn məktəblilər mərkəzimizlə daha yaxından tanış olduqdan sonra onlarla “Tarixi abidələrimizi qoruyaq” mövzusunda diskusiya aparıldı.