Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bayraq günü

07.11.2017

7 noyabr 2017-ci il tarixdə Masallı şəhər Bayraq Meydanında 9 noyabr-Bayrağı Günü və 12 noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyəti aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Bayram tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov məruzə etmişdir.
Rayon rəhbəri bildirmişdir ki, müasir Azərbaycanın qurucusu, Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli milli bayrağımız ilk dəfə 1990-cı ildə Naxçıvanda dalğalanmış , nəticədə 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən dövlətin əsas atributu kimi qəbul edilmişdir. Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələri ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir , hər il 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur , Dövlət Bayrağı Meydanının tikilib istifadəyə verilməsi və burada dünyada ən hündür bayraq dirəyinin ucaldılması bunun bariz nümunəsidir .
Natiq həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannaməsindən və Azərbaycan SSR Konstitusiyasından, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və xalqın müzakirəsinə verildikdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Konstitusiyasından ətraflı bəhs edıb. Sözçü 1996-ci il fevralın 6-da Heydər Əliyevin imzaladığı sərəncama əsasən hər il 12 noyabr tarixinin Konstitusiya günü kimi qeyd edilməsinin ölkəmizin əsas qanununa hörmət və ehtiramın nümunəsi olduğunu vurğulayıb .
Məruzə ətrafında Şatıroba ümumi orta məktəbinin direktor əvəzi Ülviyyə Səfərova , Mahmudavar kənd tam orta məktəbinin Əməkdar müəllimi Musarza Mirzəyev, “ASAN Xidmət” Mərkəzinin vətəndaşların qəbulu işinin təşkili sektorunun böyük məsləhətçisi Vüsal Bayraməliyev çıxış ediblər.
Sonra Masallı Regional Mədədniyyət və Turizm İdarəsinin solistləri, “Halay” folklor xalq kollektivi, “Masallı” rəqs qrupu, Masallı Dövlət Regional Kollecinin tələbələri və Koreya Respublikasının “Samulqvanq-D” qrupu müxtəlif çıxışlarla tədbirə rəng qatmışlar.