Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hərbi hissədə bayram konserti

08.06.2025

Cəlilabad rayon Mədəniyyət Mərkəzi Qurban Bayramı münasibətilə rayon ərazisindəki “N” saylı hərbi hissədə bayram konserti təşkil edib.

Bayram tədbirində çıxış edənlər əsgərlərimizi təbrik edərək, onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıblar.

Sonra rayonun bədii özfəaliyyət kollektivləri əsgərlər qarşısında rəngarəng konsert proqramı ilə çıxış ediblər.