Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitab təqdimatı

07.06.2025

Lənkəran Mərkəzi Kitabxanasında tanınmış şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsü Esmira Günəşin şəhidlərə həsr etdiyi yeni poetik kitabların təqdimatı keçirilib.

Tədbirdə Lənkəran və Cəlilabad rayonlarından olan şəhid anaları, müəllimlər, ədəbiyyatçılar, tələbələr və incəsənət xadimləri iştirak ediblər.

Tədbir, ilk olaraq, Vətən müharibəsində canlarını fəda etmiş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra şairənin şəhidlərə ithaf etdiyi şeirlərdən parçalar səsləndirilib.

Sonda Lənkəran Mərkəzi Kitabxanasının direktoru vəzifəsini müvəqqəti icra edən Arzuyə Rufullayeva çıxış edərək, şəhid ailələrinə göstərdiyi diqqət və vətənpərvər yaradıcılığına görə Esmira Günəşə Fəxri Fərman təqdim edib.