07.06.2025
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə “Film saatı” təşkil olunub.
Təqdim olunan “Yerdəki ulduz” adlı film uşaqlara həm əyləncəli, həm də düşündürücü anlar yaşadıb.
Filmdə ətraf mühit və valideynləri tərəfindən daim tənqid olunan, lakin daxilində böyük potensial və istedad daşıyan bir balaca oğlanın hekayəsi canlandırılıb. Hadisələrin gedişində onun tədricən öz bacarıqlarını üzə çıxarması və sonda hər kəsə öz dəyərini sübut etməsi uşaqların qəlbində dərin iz buraxıb.Eyni zamanda film seansı uşaqlara ruh yüksəkliyi və pozitiv emosiyalar bəxş edib.