09.06.2025
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Astara şəhər Heydər Əliyev Parkında sakinlərə "Səyyar kitabxana" xidməti göstərilib.
Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova fonda daxil olan yeni kitablar haqqında sakinlərə məlumatlar verib.
Səyyar xidmət zamanı əsas Uşaq ədəbiyyatına üstünlük verilib.Astara rayon Oktay Kazımov adına Uşaq musiqi məktəbinin müəllim və şagirdləri də kitabxana xidmətindən yararlanıblar.
Qeyd edək ki,belə xidmətlərin keçirilməsində məqsəd uşaqlarda kitaba marağı artırmaq və yay tətilində asudə vaxtlarını mütaliə edərək səmərəli keçirmələrini aşılamaqdır.