04.06.2025
Maqsud İbrahimbəyovun 90 illik yubileyi ilə əlaqədar Lerik rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Əməkdar incəsənət xadimi, Xalq yazıçısı, dramaturq, kinossenarist Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə rayon ziyalıları və mədəniyyət işçiləri iştirak ediblər.
Çıxış edənlər Maqsud İbrahimbəyovun istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxşaxəli yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Qeyd olunub ki, onun "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək", "Ondan yaxşı qardaş yox idi" və s. romanları hər zaman böyük maraqla oxunub, həmçinin ssenari müəllifi olduğu "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi" və "Ən vacib müsahibə" kimi bədii filmlər tamaşaçılar tərəfindən hər zaman böyük maraqla izlənilir.
Sonda Maqsud İbrahimbəyovun həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.