Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hüquqlarımız necə qorunur

04.06.2025

“18 may-18 iyun İnsan Hüquqları aylığı” çərçivəsində iyunun 4- də Cənub Regional Mərkəzinin və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçlığı ilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkşafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin əməkdaşları, Cənub Regional Mərkəzinin rəhbəri, M.Ə.Sabir adına şəhər 1, Z.Bünyadov adına şəhər 2, M.F.Axundov adına Pensər kənd 1 saylı, N.Əliyev adına Maşxan kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması və təmin olunması istiqamətində mühüm addımlar atılır.

Sonra Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov geniş məruzə ilə çıxış edib.

Daha sonra “Bizim hüquqlarımız”adlı qısa sənədli film nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.