Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniyaya yox deyək

03.06.2025

Astara rayon Mərkəzi kitabxanasının və Astara rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara RİHB-nın YYÇİ və HM -si üzrə komissiyanın məsul katibi Fikrət Talıbov, Astara MRX-nin həkimi Bəhruz Kazımzadə, Astara RPŞ-nın Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Raul Nəhmətov Astara şəhər 1 və 2 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Astara rayon MKS-nin direktoru-əvəzi Emil Baxşıyev narkomaniyanın səbəb olduğu ağır fəsadlardan,narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıb.O,bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusi ilə aktual xarakter daşıdığını,narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.

Çıxışlarda narkomaniyanın fəsadları,narkotik alüdəçilərinin müalicə proseduru,onların yenidən cəmiyyətə inteqrasiyası,normal həyat tərzinə qayıtması üçün görüləsi vacib olan işlərdən söhbət açılıb.Eyni zamanda digər bəlalı mövzu olan erkən nikahın fəsadlarından söhbət edilib.Yeniyetmə və gənclərlə təşkil edilən bu cür görüşlərin əhəmiyyəti yüksək dəyərləndirilmişdir.

Tədbirdə "Narkomaniyaya yox deyək" və "Erkən nikaha yox deyək" adlı maarifləndirici videoçarx nümayiş olunub.

Yekunda mövzu ilə əlaqədar sərgiyə baxış keçirilib.