Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqlar sehirli çiçəkdir

31.05.2025

Astara rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq "Uşaqlar sehirli çiçəkdir" mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara şəhər 5 saylı orta məktəbin müəllim və şagirdləri iştirak edib.

Kitabxananın əməkdaşı Aysel Əhmədova tədbirdə çıxış edərək əlamətdar gün haqqında şagirdlərə məlumatlar verib.

Sonra şagirdlər arasında intellektual yarışlar keçirilib, qaliblərə hədiyyələr verilib.