Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nəsiminin mənəvi irsi“

09.04.2019

         09.04.2019-cu il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Nəsiminin mənəvi irsi“ adlı tədbir keçirilmişdir.Tədbirdə Bədəlan kənd tam orta məktəbin müəllim və VI-cı sinif şagirdləri iştirak etdilər.İlk öncə Mərkəzin direktoru Dilbər İbayeva qeyd etdi ki,Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilib.Daha sonra Mərkəzdə fəaliyyət göstərən Mərkəzi kitabxananın 32 saylı filial müdiri Sevanə Mənsimova mövzu ilə bağlı geniş mühazirə oxudu.