Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Hacıbaba Hüseynov-100”

11.04.2019

 

Yardımlı  rayon  MKS-də  Azərbaycan  Respublikasının  "Xalq artisti" , xanəndə  Hacıbaba Hüseynovun anadan  olmasının 100 illiyi  ilə   əlaqədar  "Hacıbaba Hüseynov-100"  başlığı  altında  tədbir  keçirilmişdir. Rayon MKS – in və  Mədəniyyət Mərkəzinin birgə hazırladığı tədbir tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Tədbirdə  MKS-in  direktoru  R.Səfərov  H.Hüseynovun  həyat və yaradıcılığı  barədə  geniş məlumat  verdi. Çıxışdan sonra tədbir  iştirakçıları kompüter  vasitəsi  ilə    H.Hüseynovun ifasında  mahıları dinlədilər.